525.Az

Kamçatkada güclü zəlzələ - sunami xəbərdarlığı elan edildi


 

Kamçatkada güclü zəlzələ - <b style="color:red"> sunami xəbərdarlığı elan edildi</b>

Dünən Bakı vaxtı ilə 22:58-də Kamçatkada 7,4 bal gücündə güclü zəlzələ baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 93 km şimal-şərqdə, ocağı 123 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilib, sahil zonasında yaşayan əhaliyə xəbərdarlıq olunub.

Qeyd edək ki, dünən Petropavlovsk-Kamçatskdan 125 km şimal-şərqdə 7,4 bal gücündə daha bir zəlzələ olub. Zəlzələnin ocağı 40 km dərinlikdə yerləşib.

L.Tağıyeva

 





19.09.2025    çap et  çap et