525.Az

Xərçəngə qarşı universal vasitə hazırlanır


 

Xərçəngə qarşı universal vasitə hazırlanır<b style="color:red"></b> Alimlər gen səviyyəsində xərçəng hüceyrələrinin inkişafının qarşısını almağı öyrəniblər.
 
Lent.az-ın “milli.az”-a istinadən məlumatına görə, Şərqi İngiltərə Univeristetinin alimləri xərçəng şişləri genlərini araşdırarkən belə bir yeniliyi kəşf ediblər.
 
Burada söhbət WWP2 genindən gedir. Bütün insanlarda olan bu gen orqanizmdəki bəd xassəli şişlərin inkişafı prosesində aktiv iştirak edir.
 
Britaniyalı alimlər aşkar ediblər ki, WWP2 geninin bloklanması ilə xərçəng şişinin qarşısını almaq mümkündür. Onlar həmin nəzəriyyəni laboratoriya sınaqları ilə də təsdiqləyə biliblər.
 
Bu bilgiləri nəzərə alaraq alimlər xərçənglə mübarizə üçün yeni dərman vasitələri hazırlamağı planlaşdırırlar.
 





15.01.2015    çap et  çap et