525.Az

"Google"-dan yenilik


 

"Google"-dan yenilik<b style="color:red"></b> "Google Translate" əlavəsinin Android mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün növbəti yenilənməsinə populyar dillərin real vaxt rejimində avtomatik tanınması və nitqin mətnli tərcüməsi funksiyası əlavə ediləcək.
 
Lent.az-ın “anspress.com”-a istinadəm məlumatına görə, "Google" şirkətinin avtomatik tərcümə əlavəsi artıq səslə və ya smartfonun klaviaturasından daxil edilən çoxlu dillərlə işləyir. "Google Translate" üçün yenilənmə isə şifahi nitqi avtomatik tanımağa imkan verir. Bu isə o deməkdir ki, istifadəçinin əl ilə dil seçməsinə ehtiyac qalmır.
 
Bundan başqa, "Google" telefon kamerasını küçədə xarici dildə yazılan yol nişanına tərəf yönəldərək ekranda avtomatik tərcüməni almağa imkan verən funksiya üzərində iş aparır. Oxşar funksionallığa smartfonun kamerası vasitəsilə real vaxt rejimində mətnin tərcüməsini dəstəkləyən "Word Lens" əlavəsi malikdir. Yenilənmənin nə vaxt işıq görəcəyi barədə məlumat verilmir.
 





15.01.2015    çap et  çap et