525.Az

Millət vəkili Budapeştdə məruzə edəcək


 

Millət vəkili Budapeştdə məruzə edəcək<b style="color:red"></b>

Azərbaycan ilə Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 20 ili tamam olur. Ötən müddət ərzində iki ölkənin münasibətləri zəngin inkişaf yolu keçib, qarşılıqlı maraqları əks etdirib.
 
525.az-ın məlumatına görə, bu münasibətlə noyabrın 29-da Budapeştdə konfrans keçiriləcək. Azərbaycanın Macarıstandakı səfirliyi və bu ölkənin xarici işlər nazirliyi tərəfindən təşkil edilən konfransda hər iki ölkədən alimlər məruzələr edəcəklər.
 
Bu konfransda iştirak edən Sumqayıtdan Milli Məclisə deputat seçilmiş görkəmli tarixçi alim, professor Musa Qasımlı «Azərbaycan-Macarıstan münasibətləri: tarixə baxış» adlı məruzəsi ilə çıxış edəcək.

AQİL

 





26.11.2012    çap et  çap et