Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə Birləşmiş Millətlər Təşkilatının 80-ci sessiyası çərçivəsində görüşəcək.
525.az xəbər verir ki, bu barədə Yunanıstanın aparıcı qəzetlərindən “Kathimerini” məlumat yayıb.
Qeyd olunub ki, tərəflər sentyabrın 23-də Nyu-Yorkda bir araya gələcəklər.
“Kathimerini” xəbərin Afina hökumətindəki mənbələr tərəfindən təsdiqləndiyini yazıb.
O da qeyd olunub ki, Rəcəb Tayyib Ərdoğan və Kiriakos Mitsotakisdən sonra iki ölkənin xarici işlər nazirləri – Hakan Fidan və Yorgos İerapetritis arasında da görüş baş tutacaq.
İbrahim Cəfərov
çap et