525.Az

Ayı 70 yaşlı kişini öldürdü


 

Ayı 70 yaşlı kişini öldürdü<b style="color:red"></b>

Rusiyada qonur ayı 70 yaşlı təqaüdçünü öldürüb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Arxangelsk vilayətində baş verib.

Velska şəhər sakini olan kişi meşədə giləmeyvə yığan zaman ayının hücumuna məruz qalıb. Yaxınları bundan bir müddət sonra xəbər tutblar. Əlaqə kəsildikdən sonra onun axtarışına çıxan qohumları kişinin avtomobilini yol kənarında tapıblar. 40 metr kənarda isə kişinin parçalanmış cəsədi aşkarlanıb.

Qeyd edək ki, əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bir qədər aralıda gəzişən qonur ayını zərərsizləşdiriblər. Güman ki, elə həmin ayı kişinin qatili olub.

L.Tağıyeva

 





19.09.2025    çap et  çap et