ABŞ prezidenti Donald Tramp respublikaçı bəzi televiziya kanallarının lisenziyasını ləğv edə biləcəyini bəyan edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Böyük Britaniyadan Vaşinqtona qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp bildirib ki, bəzi televiziya kanalları onu pis tanıdır: “Məncə, onların lisenziyaları ləğv olunmalıdır”.
ABŞ prezidenti respublikaçı fəal Çarli Kirkə sui-qəsddən sonra verdiyi şərhlərə görə komediyaçı Cimmi Kimmelin söylədiyi şərhlərə də toxunub: “Bax, bu, lisenziyalaşdırma ilə bağlı müzakirə edilməli olan bir şeydir”.
Xatırladaq ki, ABC-də "Jimmy Kimmel Live" verilişinin aparıcısı olan komediya ustası Kimmel, Kirkin öldürülməsindən sonra "MAGA (Amerikanı Yenidən Möhtəşəm Et) dünyasında bir çox insan Çarli Kirkin qətlindən qazanc əldə etmək üçün çox çalışır" açıqlamasını verib.
Kimmelin proqramında söylədiyi sözlərdən sonra ABC heç bir səbəb göstərmədən şounun qeyri-müəyyən müddətə dayandırıldığını elan edib.
İbrahim Cəfərov
çap et