“Ukrayna Rusiya ilə danışıqlarda yalnız humanitar məsələləri müzakirə edir, münaqişənin sona çatmasından söhbət getmir”.
525.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov CNN-ə deyib.
“Hazırda biz Rusiya-Ukrayna danışıqlarının humanitar hissəni davam etdiririk, hərbi əsirləri azad edir və dəyişdiririk”, - rəsmi bildirib.
Umerov onu da əlavə edib ki, hazırda Rusiya, Ukrayna və ABŞ prezidentləri Vladimir Putin, Volodimir Zelenski və Donald Tramp arasında üçtərəfli və ya ikitərəfli formatda görüşün nə vaxt baş tutacağı gözlənilir.
Rusiya və Ukrayna 2022-ci ilin martından bəri ilk dəfə olaraq münaqişənin həlli üzrə danışıqları 2025-ci ildə bərpa ediblər. May ayından etibarən Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqların üç raundu keçirib.
Pərvanə Sultanova
çap et