Fransanın paytaxtı Parisdəki Milli Təbiət Tarixi Muzeyində oğurluq zamanı təxminən 700 min dollar dəyərində xam qızıl nümunələri oğurlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, oğurluq muzeyin Geologiya və Mineralogiya Qalereyasında çərşənbə axşamı səhər tezdən baş verib. Mühafizəçilər oğurluğu aşkar etdikdən sonra hadisə yerinə polis çağırılıb.
Muzey rəhbərliyi hadisənin tam peşəkar komanda tərəfindən həyata keçirildiyini və oğruların qızıl nümunələrinin yerləşdiyi ərazini birbaşa hədəfə aldığını bildirib.
Qeyd esək ki, səlahiyyətlilər muzeylərdə oğurluq dalğası ilə mübarizə üçün təhlükəsizlik tədbirlərinin artırılacağını vurğulayıb.
Məhəmməd Tağıyev
çap et