Ukrayna prezidenti Vladimir Zelenski ölkəsi ilə Böyük Britaniya arasında yanvarda imzalanmış “100 illik tərəfdaşlıq” sazişini təsdiq edən qanunu imzalayıb.
525.az xəbər verir ki, Zelenski “X” sosial media hesabından etdiyi paylaşımda Britaniya kralı III Çarlz və ailəsinə ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edib. Ukraynanın insanların həyatını və dəyərlərini qorumaq üçün mübarizə apardığını qeyd edən Zelenski bu mübarizədə ABŞ və Avropa müttəfiqlərinin dəstəyinə sahib olduqlarını bildirib.
Belə ki, Ukrayna ilə Böyük Britaniya arasında “100 illik tərəfdaşlıq” müqaviləsinin daha əvvəl imzalandığını xatırladan Zelenski, Ukrayna parlamentinin sentyabrın 17-də bu sazişi təsdiq etmək üçün qanun qəbul etdiyini söyləyib.
Məhəmməd Tağıyev
çap et