525.Az

Qəzzada ölənlərin sayı 65 min 174-ə çatdı


 

Qəzzada ölənlərin sayı 65 min 174-ə çatdı<b style="color:red"></b>

İsrail ordusunun Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda son 24 saatda 33 fələstinli həyatını itirib.

525.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 146 nəfər ölüb, 385 nəfər yaralanıb.

Bununla da, İsrailin Qəzza sektorunda martın 18-də hərbi əməliyyatları bərpa etməsindən ötən dövr ərzində 12622 nəfər ölüb, 54030 nəfər yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 65174, yaralıların sayı isə 166071 nəfərə çatıb.

Qəzza zolağında son 24 saatda aclıqdan ölənlərin sayı ilə bağlı da açıqlama verilib. Bildirilib ki, son 24 saatda aclıq və qida çatışmazlığı səbəbindən 4 yeni ölüm qeydə alınıb. Bununla da ümumi ölüm sayı 147-si uşaq olmaqla 440-a çatıb.

İsgəndər Həsənov

 





20.09.2025    çap et  çap et