525.Az

AZAL Bakı-Kiyev-Bakı aviareysinə biletin qiymətini aşağı salıb


 

AZAL Bakı-Kiyev-Bakı aviareysinə biletin qiymətini aşağı salıb<b style="color:red"></b> “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı - Kiyev və Kiyev - Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiyaya başlayıb.
 
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, Bakı-Kiyev-Bakı 309 avroya, Kiyev-Bakı-Kiyev - 409 ABŞ dollarına, Bakı-Kiyev -219 avro və Kiyev-Bakı istiqamətində biletin qiyməti 289 ABŞ dolları təşkil edir.
 
Biletləri yanvarın 15-dən fevralın 10-a qədər əldə etmək olar. Uçuş tarixləri isə  yanvarın 25-dən martın 15-ə kimidir.
 





15.01.2015    çap et  çap et