525.Az

"Formula 2": ABŞ pilotu Bakıda qalib olub


 

"Formula 2": ABŞ pilotu Bakıda qalib olub<b style="color:red"></b>

Bakıda təşkil olunan "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

525.az-ın məlumatına görə, "Dams Lukas Oil" komandasının ABŞ-dən olan pilotu Cek Krouford bütün rəqiblərini qabaqlayıb.

"AIX Racing"dən Yoşua Dürksen ikinci, "Hitex TGR"dən Dino Beqanoviç üçüncü olub.

Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da başlayacaq.

 

 





21.09.2025    çap et  çap et