525.Az

“Milli Şuranın missiyasını başa vurması fikri ilə qismən razıyam”


 

“Milli Şuranın missiyasını başa vurması fikri ilə qismən razıyam”<b style="color:red"></b> “Milli Şura 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar yaradılmışdı. Ancaq seçkilərdən sonrakı ilk sessiyada biz qurumu saxlamaq haqqında qərar qəbul etdik”.
 

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib.
 
O, Milli Şuranın missiyasını başa vurması fikri ilə qismən razı olduğunu bildirib: "Milli Şuranın fəaliyyətinə seçki prosesinin bitməsi və qurumdan istefalar da təsir göstərib. Seçkilərdən və Müsavat Partiyası Milli Şuradan çıxandan sonra istefalar kütləvi şəkil aldı”.
 
R.Manaflı qeyd edib ki, hazırda Milli Şuranın passivliyi yer problemi ilə bağlıdır: “Bu il ölkədə parlament seçkiləri keçiriləcək və siyasi proseslər fəallaşacaq. Bundan sonra Milli Şuranın fəaliyyəti daha qabarıq şəkildə görünəcək”.
 
Xatırladaq ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu APA-ya müsahibəsində Milli Şuranın missiyasını başa vurduğunu qeyd edib.
 





15.01.2015    çap et  çap et