Ankarada özünü polis, prokuror və hakim kimi təqdim edərək vətəndaşları aldadan şəbəkəyə qarşı əməliyyat keçirilib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 8 əyalətdə eyni vaxtda keçirilən reydlərdə 24 şübhəli saxlanılıb. Məhkəməyə sövq edilən şübhəlilərdən 18-i həbs olunaraq həbsxanaya göndərilib.
Özlərini polis və prokuror kimi təqdim edən şəxslər 9 nəfəri aldadaraq ümumilikdə 17,5 milyon türk lirəsi mənimsəyiblər. Həmin şəxslər Ankara, İstanbul, İzmir, Dənizli, Nevşehir, Mersin, Qaziantep və Adanada saxlanılıblar.
Onlar dolandıqdıqları şəxslərə adlarının terror təşkilatı ilə əlaqələndirildiyini bildiriblər: “Terror təşkilatı şəxsiyyət məlumatlarınızdan pul yığmaq üçün istifadə edir. Biz bu şəxslərə qarşı əməliyyat keçirəcəyik, odur ki, evinizdə tapılan qızıl-zinət əşyaları və pulu qapınıza gələn məmura verin. Araşdırmadan sonra onları sizə qaytaracağıq. Hesabımıza qoyduğunuz pul isə girovunuz olacaq”.
İbrahim Cəfərov
çap et