525.Az

Boliviyada prezidentin oğlunun həbsinə order verildi


 

Boliviyada prezidentin oğlunun həbsinə <b style="color:red"> order verildi</b>

Santa-Kruz departamentinin prokurorluğu ölkə prezidenti Luis Arsenin oğlunun həbsinə order verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı Luis Marselo Arse ailə və məişət zorakılığında ittiham edilir.

Prezident Luis Arse prokurorluğun qərarına münasibət bildirərkən, kimliyindən asılı olmayaraq, hər bir Boliviya vətəndaşının qanun qarşısında bərabər olduğunu və əməllərinə görə cavab verəcəyini söyləyib.

Qeyd edək ki, kimin oğul Arsedən  şikayətçi olduğu açıqlanmır.

L.Tağıyeva

 





22.09.2025    çap et  çap et