525.Az

“ŞƏT Bakı və İrəvanın üzvlük məsələsini gecikdirmir” -  Sabiq baş katib


 

“ŞƏT Bakı və İrəvanın üzvlük məsələsini gecikdirmir” - <b style="color:red"> Sabiq baş katib</b>

“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycan və Ermənistanın üzvlüyünü ləngitmir, onların qoşulması konsensus tələb edir”.

525.az xəbər verir ki, bunu TASS-a müsahibəsində ŞƏT-in keçmiş baş katibi (2016-2018) Rəşid Alimov deyib.

"Yeni üzv dövlətlərin qəbulu proseduru aydın şəkildə müəyyən edilib və dəfələrlə zamanın sınağından çıxıb. Üzvlüklə bağlı qərar konsensus əsasında qəbul edilir”, - o bildirib.

Əlavə edib ki, ŞƏT-in bütün tarixində heç bir müraciət rədd edilməyib. Hər biri fərdi olaraq diqqətlə nəzərdən keçirilir:

“Kənardan görünə bilər ki, proses uzanır. Amma belə deyil”.

Pərvanə Sultanova

 





22.09.2025    çap et  çap et