525.Az

Qaziantepdə ağır qəza - 2 ölü, 8 yaralı


 

Qaziantepdə ağır qəza -<b style="color:red"> 2 ölü, 8 yaralı</b>

Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantep-Şanlıurfa yolunun Nizip hissəsində mikroavtobus ön təkərin partlaması nəticəsində sürücü idarəetməni itirib. Nəticədə miktoavtobus yol kənarına aşıb. Qəzada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları göndərilib. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

İbrahim Cəfərov

 





22.09.2025    çap et  çap et