Fransa Fələstin dövlətini rəsmən tanıyıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyasında keçirilən Fələstin Sammitində çıxış edən Fransa prezidenti Emmanuel Makron bildirib.
O deyib: "Fələstinlilərə dövlət vədi yerinə yetirilmədi. Fələstin Dövlətini tanımaq üçün daha çox gözləyə bilmərik. Fransa bu gün Fələstin Dövlətini tanıyır”.
Fransa lideri qeyd edib ki, insanların həyatını xilas etmək üçün atəşkəsi təmin olunmalıdır: “Qəzzada minlərlə insan didərgin düşüb. HƏMAS zəifləsə də, insanlar ölməkdə davam edir. İnsanların həyatını xilas etmək üçün atəşkəsi təmin etməliyik. Biz bunu minlərlə fələstinlinin həyatı və israilli məhbuslar üçün etməliyik. İki ilə yaxın vaxt keçir. Başqalarının insanlığını qurban vermək yolverilməzdir. Biz yenidən gözümüzü açmalıyıq. Fələstinlilərin qanuni hüquqlarının tanınması israillilərin heç bir hüququnu əlindən almır”.
İsgəndər Həsənov
çap et