525.Az

"Azərbaycan Şifahi Xalq Ədəbiyyatına dair Tədqiqlər" jurnalının növbəti sayı nəşr olunub


 

"Azərbaycan Şifahi Xalq Ədəbiyyatına dair Tədqiqlər" jurnalının növbəti sayı nəşr olunub<b style="color:red"></b>

Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun elmi şurasının qərarı ilə rüblük nəşr olunan "Azərbaycan Şifahi Xalq Ədəbiyyatına dair Tədqiqlər" elmi-ədəbi jurnalının 44-cü nömrəsi işıq üzü görüb.

İnstitutun mətbuat xidmətindən "525"ə bildirilib ki, "Folklorşünaslıq məsələləri" bölümündə Y.M.Lotmanın "Alternativ variant: yazısız mədəniyyət, yoxsa mədəniyyətdən əvvəlki mədəniyyət?", Muxtar İmanovun "Nağıllar barədə bir neçə söz", Füzuli Bayatın "Məhərrəmlik ritualları və şəbih elementləri", Yaqub Babayevin "XIII-XIV əsrlər Azərbaycan epik poeziyasında nağıl motivləri" və digər folklorşünas alimlərin yazıları yer alıb.

Eləcə də toplunun bu sayında "Peşəkar söyləyici ifaçılığı" bölümündə "Neftçala-Salyan folklorundan örnəklər", "Ümumtürk folklorundan örnəklər" bölümündə isə "Özbək xalq şeirindən seçmələr" və digər yazılar yer alıb.

S.ABDULLAYEVA

 





15.01.2015    çap et  çap et