525.Az

“İstənilən təhlükəyə cavab vermək imkanımız var” - Putin


 

“İstənilən təhlükəyə cavab vermək imkanımız var” - <b style="color:red"> Putin</b>

Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin Qərb ölkələrinin əvvəllər də dağıdıcı addımlar atdığını vurğulayaraq, bunun nəticəsində nüvə silahına malik dövlətlər arasında konstruktiv münasibətlərin, əməkdaşlığın, ikitərəfli və çoxtərəfli dialoqun əsaslarının xeyli sarsıldığını qeyd edib.

Rusiyanın istənilən təhlükəyə sözlə deyil, hərbi-texniki vasitələrlə cavab vermək gücündə olduğunu bildirən Putin, qeyd edib ki, buna heç kimin şübhəsi olmasın.

“Bizim istənilən təhlükəyə sözlə deyil, hərbi və texniki vasitələrlə cavab vermək imkanımız var”, - deyə Rusiya prezidenti bildirib.

İsgəndər Həsənov

 





22.09.2025    çap et  çap et