525.Az

Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə görüşüb


 

Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə<b style="color:red"> görüşüb</b>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında məlumat verilib.

Qeyd edilib ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, o cümlədən tarixi Vaşinqton sammiti müzakirə edilib.

Eyni zamanda, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 





23.09.2025    çap et  çap et