525.Az

Əmtəə bazarlarında qızılın qiyməti tarixi maksimumu yeniləyib


 

Əmtəə bazarlarında qızılın qiyməti tarixi maksimumu yeniləyib<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,15% artaraq 3 780,7 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,23% azalaraq 44,23 ABŞ dolları olub.

 





23.09.2025    çap et  çap et