"Boeing" şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan 6-cı nəsil F-47 qırıcılarının istehsalına başlayıb.
525.az "The War Zone" nəşrinə istinadən xəbər verir ki, layihənin detalları məxfi saxlanılır.
Bununla belə, F-47 qırıcılarının bəzi xüsusiyyətləri məlumdur. Nəşrin yazdığına görə, yeni nəsil qırıcıların sürəti 2300 km/saat, döyüş radiusu 1900 km olacaq.
İlk sınaq uçuşu 2028-ci ilə planlaşdırılır. ABŞ HHQ arsenalına 185 ədəd F-47 qatmağı planlaşdırır.
Qeyd edək ki, 1 qırıcının qiymətinin 300 milyon dollardan çox olacağı bildirilir.
L.Tağıyeva
çap et