525.Az

"Azərbaycan Monteneqro ilə iqtisadi əlaqələrin inkişafına önəm verir" - Nazir


 

"Azərbaycan Monteneqro ilə iqtisadi əlaqələrin inkişafına önəm verir" - <b style="color:red">Nazir </b>

Azərbaycan Monteneqro ilə iqtisadi əlaqələrin inkişafına önəm verir.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində Monteneqronun turizm naziri Simonida Kordiç ilə faydalı görüş keçirilib.

O qeyd edb ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət, investisiya və nəqliyyat sahələrində birgə fəaliyyətin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb: "Forum bu baxımdan yeni imkanlar yaratmaq üçün əhəmiyyətli platformadır".

 





23.09.2025    çap et  çap et