“Ölkədə elektrik və hibrid avtomobillərinin idxalına tətbiq olunan güzəştlərin müddəti uzadılmasa avtomobil bazarında təqribən 40 faizə qədər bahalaşma olacaq”.
Bunu iqtisadçı ekspert Asif İbrahimov 525.az-a bildirib. O qeyd edib ki, eyni zamanda sözügedən avtomobillərin qiymətində, onların saxlanma və texniki xidmət xərclərində də artımlar olacaq:
“Hesab edirəm ki, məsələnin sosial-iqtisadi tərəfləri nəzərə alınaraq, aidiyyəti qurumlar tərəfindən mövcud güzəştlərə yenidən baxılmalıdır. Bu bazarın stabilliyini qorumaq və vətəndaşların avtomobil əldə etmə imkanlarını məhdudlaşdırmamaq baxımından vacibdir".
Sevinc QARAYEVA
çap et