Antalyanın Konaklı rayonunda 2 avtobusun iştirakı ilə yol qəzası baş verib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər yerli vaxtla 09.10-da yaşanıb.
Mikroavtobus D400 yolunda turistləri daşıyan avtobusla çırpılıb. Nəticədə 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb.
Qeyd edək ki, yaralananlardan ikisinin vəziyyəti ağırdır.
L.Tağıyeva
çap et