525.Az

İstanbulda İŞİD-ə qarşı əməliyyat - 7 nəfər saxlanıldı


 

İstanbulda İŞİD-ə qarşı əməliyyat - <b style="color:red"> 7 nəfər saxlanıldı</b>

İstanbulun 6 rayonunda İŞİD silahlı terror təşkilatını hədəf alan əməliyyat keçirilib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu və Terrorla Mübarizə Şöbəsi tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatı ilə əlaqəsi olan 10 şübhəliyə qarşı əməliyyat 6 rayonda keçirilib. 10 şübhəlidən 7-si saxlanılıb.

Qalan şübhəlilərin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.

İbrahim Cəfərov

 





23.09.2025    çap et  çap et