525.Az

“Əsas məqsədimiz Azərbaycanın neft-qaz gəlirlərini qorumaq və artırmaqdır” - Neft Fondu


 

“Əsas məqsədimiz Azərbaycanın neft-qaz gəlirlərini qorumaq və artırmaqdır” - <b style="color:red"> Neft Fondu</b>

"Bizim əsas məqsədimiz Azərbaycanın neft-qaz gəlirlərini qorumaq və artırmaq, onları bugünkü və gələcək nəsillərin xeyrinə yönəltməkdir”.

525.az xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) İcraçı direktor müavini Rövşən Cavadov deyib.

O bildirib ki, investisiya portfelimiz qlobal və diversifikasiya olunub, yəni fond olaraq ölkə daxilində investisiya edə bilmirik.

"Dövlət Neft Fondunun ölkənin inkişaf gündəliyinə töhfəsi iki əsas prinsip üzərində qurulub. Birincisi - fiskal və makroiqtisadi sabitliyin təmin edilməsi, ikinci isə beynəlxalq əlaqələr və etibarlılıqdan istifadə edərək Azərbaycanda investor etimadının gücləndirilməsidir", - deyə əlavə edib.

 





23.09.2025    çap et  çap et