525.Az

“Konstitusiyalar heç vaxt xalqın əksəriyyətinin dəstəyini qazanmayıb” - Paşinyan 


 

“Konstitusiyalar heç vaxt xalqın əksəriyyətinin dəstəyini qazanmayıb” -<b style="color:red"> Paşinyan </b>

“Ermənistanın yeni konstitusiyası xalqla qanunun aliliyi arasında hüquqi əlaqə yaratmalıdır”.

525.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Ermənistan Demokratiya Forumunda panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ölkədə qüvvədə olan konstitusiyalar heç vaxt əhalinin əksəriyyətinin dəstəyini qazanmayıb:

“Əslində onlar xalq arasında populyar deyillər. Ermənistandakı hazırkı konstitusiya və hüquqi nizam keçmişdə Sovet İttifaqı, Rusiya İmperiyası və Osmanlı imperiyası tərəfindən qəbul edilmiş konstitusiya kimi xalq tərəfindən nifrətlə qarşılanır. Bu, məcburi bir gündəmdir".

Pərvanə Sultanova

 





23.09.2025    çap et  çap et