525.Az

Ukraynalılar Avropa İttifaqına üzvlüyü dəstəkləyir 


 

Ukraynalılar Avropa İttifaqına üzvlüyü<b style="color:red"> dəstəkləyir </b>

Ukraynada vətəndaşları 74 faizi ölkənin Avropa İttifaqına üzv olmasını dəstəkləyib.

525.az xəbər verir ki, bu barədə "Ukrayna Transparency International" təşkilatının sifarişi ilə Info Sapiens tərəfindən aparılan sorğunun nəticələrindən məlum olub.

Ən yüksək dəstək Kiyevdə və ölkənin qərbində (80 faiz), şimalda (78 faiz) və mərkəzdə (76 fazi) qeydə alınıb.

Cənub və şərq hissəsində isə faiz göstəricisi nisbətən aşağıdır – müvafiq olaraq 69 və 64 faiz. Vətəndaşların cəmi 6 faizi üzvlüyün əleyhinədir, 18 faiz isə qərarsızdır.

Ukraynalılar Aİ-yə üzvlüyü uşaqları üçün daha yaxşı gələcək, sülh, iqtisadi inkişaf və həyat standartlarının yaxşılaşması ilə əlaqələndirirlər. Onlar, həmçinin yeni məşğulluq imkanlarının yaradılmasını, korrupsiyanın aradan qaldırılmasını, qanunun aliliyinin gücləndirilməsini  gözləyirlər. Bununla belə, respondentlərin yalnız 2 faizi inteqrasiyadan heç bir fayda gözləmədiyini bildirib.

Respondentlərin 42 faizi Ukraynanın yaxın 5 il ərzində Aİ-yə daxil olacağına inanır, 22 faiz isə bu prosesin 6-10 il arasında davam edəcəyini düşünür. Eyni zamanda, 12 faiz hesab edir ki, Ukrayna heç vaxt Avropa İttifaqına daxil olmayacaq.

Pərvanə Sultanova

 





23.09.2025    çap et  çap et