525.Az

NATO Rusiyanı eskalasiyanı dayandırmağa çağırıb 


 

NATO Rusiyanı eskalasiyanı <b style="color:red"> dayandırmağa çağırıb </b>

“Rusiya təyyarələrinin Estoniya hava məkanını pozması Moskvanın məsuliyyətsiz davranışının bir hissəsidir. Müttəfiqlərin cavabları sərt olacaq”. 

525.az xəbər verir ki, bu barədə NATO-nun bəyanatında deyilir.

Şimali Atlantika Şurası Vaşinqton müqaviləsinin 4-cü maddəsinə əsasən Estoniyanın tələbi ilə çağırılan iclasdan sonra bəyanat yayıb. Görüşə sentyabrın 19-da Rusiyanın üç MiQ-31 qırıcısının Estoniyanın hava məkanını təhlükəli şəkildə pozması səbəb olub. Qeyd olunub ki, təyyarə on dəqiqədən çox Estoniya hava məkanında qalıb:

"Bu müdaxilə Rusiyanın məsuliyyətsiz davranışının daha geniş sxeminin bir hissəsidir".

Müttəfiqlər xatırladıblar ki, bu, Şuranın 4-cü maddə üzrə iki həftə ərzində ikinci iclasıdır: 

“Sentyabrın 10-da Rusiya pilotsuz təyyarələri tərəfindən Polşanın hava məkanının genişmiqyaslı pozulmasından sonra məsləhətləşmələr aparılıb. Oxşar hadisələr son vaxtlar Finlandiya, Latviya, Litva, Norveç və Rumıniyada da qeydə alınıb. Biz hava məkanı pozulmuş bütün müttəfiqlərlə tam həmrəy olduğumuzu bildiririk. Rusiya eskalasiya xarakterli, səhv hesablama riski və insanların həyatını təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyır. Bunlar dayandırılmalıdır".

Pərvanə Sultanova

 





23.09.2025    çap et  çap et