525.Az

“Fələstinin tanınması Yaxın Şərqdə davamlı sülhün yeganə yoludur” - Rebelo de Souza


 

“Fələstinin tanınması Yaxın Şərqdə davamlı sülhün yeganə yoludur” -<b style="color:red"> Rebelo de Souza</b>

Portuqaliya prezidenti Marselo Rebelo de Souza Fələstin Dövlətinin bütün hüquqları ilə birlikdə rəsmi tanınmasının Yaxın Şərqdə davamlı sülhün yeganə yolu olduğunu deyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rebelo de Souza bu barədə Fransa və Səudiyyə Ərəbistanının rəhbərliyi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında təşkil edilən Fələstin probleminin həlli yollarının tapılması və iki dövlətli həllin həyata keçirilməsinə dair yüksək səviyyəli beynəlxalq konfransda çıxışında bildirib.

“Portuqaliya olaraq biz Fələstinin tanınmasını, sülh, ədalət və sabitlik üçün iki dövlətli həllin tərəfdarıyıq”, - o deyib.

Bundan əlavə, Portuqaliyanın xarici işlər naziri Paulo Rangel dünən Portuqaliyanın BMT-dəki Daimi Nümayəndəliyindəki çıxışında Fələstin Dövlətini rəsmən tanıdıqlarını açıqlayıb.

L.Tağıyeva

 





23.09.2025    çap et  çap et