525.Az

“Nvidia”dan “OpenAI”a 100 milyard dollarlıq investisiya


 

“Nvidia”dan “OpenAI”a<b style="color:red"> 100 milyard dollarlıq investisiya</b>

Çip istehsalçısı “Nvidia” “ChatGPT”nin sahibi “OpenAI”a 100 milyard dollara qədər sərmayə qoyacağını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, müqaviləyə əsasən, “OpenAI” “ChatGPT”nin artan istifadəçi bazasını dəstəkləmək üçün yeni məlumat mərkəzləri quracaq.

Avqust ayında həftəlik 700 milyon qlobal istifadəçiyə çatan tətbiqin güclənməsi üçün 10 giqavat enerji infrastrukturu tələb olunacaq. İnvestisiyaların icrası üçün qrafik isə hələ dəqiqləşdirilməyib.

“Nvidia”nın baş direktoru Censen Huanq, “OpenAI” CEO-su Sam Altman və şirkət prezidenti Qreq Brokkmen ilə birlikdə bunun böyük bir layihə olduğunu deyiblər.

L.Tağıyeva

 





23.09.2025    çap et  çap et