ABŞ prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxış edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp çıxışı zamanı BMT-ni sərt tənqid edib.
O deyib: “Biz BMT-dən boş söhbətlər eşidirik. Boş söhbət isə müharibələri bitirmir".
ABŞ prezidenti çıxışı zamanı 7 müharibəni bitirdiyini və minlərlə insanı xilas etdiyini söyləyib.
D.Tramp vurğulayıb ki, böyük potensial olsa da, BMT heç bir şeyə nail olmur:
“BMT həll etməli olduğu problemləri həll etmir, tez-tez yeni problemlər yaradır. Təşkilat Qərb ölkələrinə və onların sərhədlərinə hücumları maliyyələşdirir. BMT onların işğallarını dayandırmalıdır, onları maliyyələşdirməməlidir”.
ABŞ prezidenti həmçinin Hindistan və Çini Rusiya neftini almaqla Ukraynadakı müharibəni maliyyələşdirməkdə ittiham edib.
“İqlim dəyişikliyi, mənim fikrimcə, dünyada indiyə qədər həyata keçirilən ən böyük fırıldaqdır”, deyən Tramp bütün ölkələri bioloji silahların hazırlanmasını dayandırmağa çağırıb.
İsgəndər Həsənov
çap et