525.Az

İsveçdə məscid yanıb


 

İsveçdə məscid yanıb<b style="color:red"></b>

İsveçin Kalmar əyalətinin Hultsfred rayonunda məsciddə yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində məscidə külli miqdarda ziyan dəyib. Polis yanğının qəsdən törədilməsi şübhəsi ilə araşdırmalara başlayıb.

Bu barədə Hultsfredin fövqəladə hallar müdiri Ulf Bovein yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, yanğın xəbərini aldıqdan sonra əraziyə dərhal çoxlu sayda yanğınsöndürən və xilasetmə maşınları cəlb olunub: “Hadisə yerinə çatanda yanğın o qədər güclü idi ki, pəncərələrdən alov qalxırdı. Məscid tez bir zamanda yararsız hala düşdü. İçəridə heç kim olmadığından ölən və xəsarət alan yoxdur. Hultsfred polisi də yanğının qəsdən törədildiyindən şübhələndiklərini və araşdırma başlandığını bildirib”.

İbrahim Cəfərov

 





24.09.2025    çap et  çap et