525.Az

Norveçin paytaxtında partlayış


 

Norveçin paytaxtında partlayış<b style="color:red"></b>

Bu gecə Osloda, Pilestredet küçəsində iki partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 1 nəfər şübhəli şəxs həbs olunub.

Oslo polisinin verdiyi məlumata görə, ikinci partlayışı onlar özləri törədiblər. Belə ki, qumbaraya bənzər əşya aşkarladıqdan sonra, onu partladıblar. Polis həmçinin, ərazidə başqa bombaların olmasından ehtiyatlanaraq sakinlərin mobil telefonlarına xəbərdarlıq mesajları göndərib.

Hadisə baş verən ərazi universitet yataqxanasına yaxın olub. 500 metr aralıda isə İsrail səfirliyi yerləşir.

Qeyd edək ki, saxlanılan şəxsin kimliyi açıqlanmır. Bundan başqa, partlayışın səbəbləri barədə də məlumat hələlik yoxdur.

L.Tağıyeva

 





24.09.2025    çap et  çap et