525.Az

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilib


 

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilib<b style="color:red"></b>

Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü keçirilib.

APA-nın məlumatına görə, görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusi qeyd olunub. Söhbət zamanı Türkiyənin “Böyük 20-liyin” növbəti görüşünə ev sahibliyi etməsinin önəmindən danışılıb.

Prezident İlham Əliyev həmin tədbirə dəvətə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. Bu dəvət Azərbaycanla Türkiyə arasında dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd edilib. Dövlət başçıları Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
 
Sonra Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclası keçirilib.

İclasda Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tiflis-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub. İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 





15.01.2015    çap et  çap et