Yaponiyanın Baş naziri İşiba Şiqeru İsrailin iki dövlətli həllə mane olmaq üçün addımlarını davam etdirərsə, ölkəsinin Fələstini tanıya biləcəyini bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İşiba ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında çıxış edib.
İsrailin Qəzzaya hücumlarının qəti şəkildə qəbuledilməz olduğunu bildirən İşiba: “Bu hücumlar iki dövlətli həllin əsaslarını təhdid edir və dərhal dayandırılmalıdır”, - deyib.
İşiba HƏMAS-ı məhbusları azad etməyə çağırıb və İsrailin iki dövlətli həllin qarşısını almaq üçün addımlarını davam etdirdiyi təqdirdə, Yaponiyanın Fələstin Dövlətini tanıya biləcəyini vurğulayıb.
L.Tağıyeva
çap et