525.Az

38 il haqsız yerə həbs edilən şəxsə 25 milyon dollar təzminat


 

38 il haqsız yerə həbs edilən şəxsə <b style="color:red"> 25 milyon dollar təzminat</b>

Kaliforniyada haqsız yerə 38 il həbsdə olan şəxsə 25 milyon dollar təzminat ödənilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 72 yaşlı Moris Hastinqs 1983-cü ildə başından güllə yarası alan Roberta Uaydermyerə qarşı cinsi təcavüz və qətlə görə ömürlük həbs cəzasına məhkum edilmişdi.

2022-ci ildə DNT testləri onun günahsız olduğunu sübut etdikdən sonra Moris sərbəst buraxılıb.

Hastinqs 2000-ci ildə DNT testi tələb etsə də, prokurorluq bu tələbi rədd etmişdi. 2021-ci ildə isə yenidən müraciət etmiş və test nümunələrin ona aid olmadığını müəyyən olunmuşdu.

Belə ki, 2023-cü ildə məhkəmə Hastinqsin günahsız olduğuna qərar verdi. Avqust ayında isə razılaşma əldə edildi və o, 25 milyon dollar təzminat ödənildi.

L.Tağıyeva

 





24.09.2025    çap et  çap et