Ukrayna pilotsuz təyyarələri Novorossiysk şəhərinə hücum edib, ilkin məlumata görə, iki nəfər ölüb, üç nəfər yaralanıb,
525.az xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev Telegram-da bildirib.
Onun sözlərinə görə, pilotsuz təyyarələr şəhərin mərkəzi hissəsinə, “Novorossiysk” mehmanxanasının yaxınlığında hücum edib.
“Beş yaşayış binasına, o cümlədən çoxmənzilli binalara, bir otelə ziyan dəyib”, - qubernator qeyd edib.
Pərvanə Sultanova
çap et