525.Az

Bakıda orta aylıq əməkhaqqı 8 faizdən çox artıb


 

Bakıda orta aylıq əməkhaqqı 8 faizdən çox artıb<b style="color:red"></b>

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 1376,3 manat təşkil edib.

525.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,5 % artaraq 1 098,1 manat təşkil edib.

 





24.09.2025    çap et  çap et