525.Az

Qırğızıstanda 24 məmur iclas zamanı həbs edildi


 

Qırğızıstanda 24 məmur iclas zamanı<b style="color:red"> həbs edildi</b>

Bu gün Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin başçısı Kasımbek Taşıyevin rəhbərliyi ilə keçirilən iclasda gərgin anlar yaşanıb.

525.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, iclasın gedişində qaçaqmalçılıqda ittiham olunan müxtəlif instansiyaları təmsil edən 24 məmur işdən azad edilərək həbs olunublar.

Belə ki, Vergilər Nazirliyinin 7, Dövlət Sərhəd Xidmətinin 6, Fitosanitar Xidmətin 7, Nəqliyyat nazirliyinin isə 4 yüksək çinli məmuru Taşıyevin göstərişi ilə saxlanılıblar. Onlar "Çaldovar-Avtodorojnı" Nəzarət Buraxılış Məntəqəsindən Avrasiya İqtisadi Birliyi ölkələrindən qeyri-qanuni mal keçirməkdə ittiham olunurlar.

L.Tağıyeva

 





24.09.2025    çap et  çap et