525.Az

Azərbaycan Serbiya ilə bir sıra sahələrdə əməkdaşlıq imkanlarını artırır


 

Azərbaycan Serbiya ilə bir sıra sahələrdə əməkdaşlıq imkanlarını artırır<b style="color:red"></b>

Azərbaycan Serbiya ilə biznes, enerji, investisiya, ticarət və digər sahələrdə iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarını müzakirə edib.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial media hesabında paylaşıb.

Nazir qeyd edib ki, müzakirələr Serbiyanın Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşdə aparılıb: "Görüşdə birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb".

 





24.09.2025    çap et  çap et