525.Az

Bakıda ödənişli xidmətlərin dəyəri 10 faizdən çox artıb


 

Bakıda ödənişli xidmətlərin dəyəri 10 faizdən çox artıb<b style="color:red"></b>

Bu ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard 558,3 milyon manat olub.

525.az-a bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə real ifadədə 10,3 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 6,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 90,1 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 % artaraq 9 milyard 287,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ini təşkil edib.

 





24.09.2025    çap et  çap et