525.Az

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb


 

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb<b style="color:red"></b>

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

525.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,92ABŞ dolları və ya 1,29% artaraq 72,14 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,22 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 





25.09.2025    çap et  çap et