525.Az

Böyük Britaniyada güclü partlayış


 

Böyük Britaniyada <b style="color:red"> güclü partlayış</b>

Suindon şəhərində sənaye zonasında güclü partlayış olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün Bakı vaxtı ilə 22.30-da baş verib.

"Groundwell Industrial Estate"in anbarındakı partlayış güclü yanğına, ardınca detonasiyaya səbəb olub. Hadisə yerinə çox sayda yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları gəlib.

Yaxınlıqdakı binaların sakinləri təxliyə edilib. Şahidlərin sözlərinə görə, partlayış zamanı yaşayış evləri güclü silkələnib.

Partlayışın baş vermə səbəbləri araşdırılır. Xəsarət alanlar və insan itkisi barədə məlumat yoxdur.

L.Tağıyeva

 





25.09.2025    çap et  çap et