Qırğızıstanda parlamentinin (Joqorku Keneş) bu gün keçirilən iclasında deputatlar parlamentin buraxılması barədə qərar qəbul ediblər.
525.az Qırğızıstan mətbuatına istinadən xəbər veririk ki, 89 deputatdan 84-ü qərarın lehinə səs verib.
Rəsmi məlumatlara görə, buna 2 məqam səbəb olub. Birincisi, bir müddət əvvəl ölkədə yeni seçki qanunu qəbul edilib. İkincisi isə, ölkədə 2 böyük seçki kampaniyasının ardıcıl keçirilməsi müəyyən problemlər yarada bilərdi. Belə ki, bu ilin noyabrında parlament, gələn ilin yanvarında isə prezident seçkilərinin keçirilməsi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, indiki halda növbədənkənar parlament seçkiləri daha tez keçiriləcək. Yeni qanuna görə 30 seçki dairəsinin hər birindən 2-i kişi, 1-i qadın olmaqla 3 deputat seçiləcək.
L.Tağıyeva
çap et