525.Az

"Qarabağ" o sektorlara azad olunan rayonların adlarını verdi


 

"Qarabağ" o sektorlara azad olunan rayonların adlarını verdi<b style="color:red"></b>

"Qarabağ" avrokuboklarda ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edib.

525.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində oktyabrın 1-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu öncəsi tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib.

Bundan sonra tribunalar belə adlandırılacaq

VIP sektorlar:
Qubadlı VIP
Zəngilan VIP
Füzuli VIP
Cəbrayıl VIP
Xocalı VIP
Laçın VIP
Kəlbəcər VIP

VVIP sektorlar:
Ağdam VVIP
Şuşa VVIP
Xankəndi VVIP

Biletlər bu gün saat 15:00-dan satışda olacaq və azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletlərini əldə edə bilərlər.

Qiymətlərlə bağlı daha sonra ətraflı məlumat veriləcək.

 





25.09.2025    çap et  çap et