525.Az

Azərbaycanlı hakimə UEFA-dan təyinat


 

Azərbaycanlı hakimə UEFA-dan <b style="color:red">təyinat</b>

Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.

525.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Kamal Umudluya yan xətdə Namik Hüseynov və Rəhman İmami kömək edəcək. 4-cü hakim funksiyasını isə qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.

Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

 





25.09.2025    çap et  çap et